L.Norris: Karlosa icazə verdim

McLaren komandasının sürücüsü Lando Norris sıralanma turundan sonra üçüncü yeri tutduğu üçün təəccüblüdür.

F-1.az xatırladır ki, Barselonadakı sıralanma turu sürprizlərlə yadda qalıb. Serxio Peres, Corc Rassell və Şarl Lekler kimi sürücülər mübarizəni vaxtından əvvəl dayandırıblar.

Mövsümə pis başlayan McLaren komandasının sürücüsü Lando Norris isə üçüncü yeri tutub. Düzdür, burada ötmə etmək çox çətindir, amma yerini saxlamaq britaniyalı sürücü üçün heç də asan olmayacaq.

Lando Norris bu nəticəyə özü də inanmır: “Bunu necə etdiyimizi bilmirik. Doğrudan da təəccüblüyəm. Amma çox xoşbəxtəm. Çox gözəl idi və sıralanma turu ərzində çox sürətli idik. Yəni ki, hər şey yaxşı idi. Yüksək sürətli döngələr bizim ən güclü tərəflərimizdəndir.

Sıralanma turu çətin keçdi, amma həmişə çətin şəraitdə əla işləyirik”.

24 yaşlı pilot zarafatlndan da qalmayıb: “Üçüncü yerdən çox razıyam. İkinci yerə də çox yaxın idik. Ancaq Karlos bu həftə vətənində yarışır. Buna görə də ona məndən sürətli olmasına icazə verdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*