L.Norris: Uduzmaqdan nifrət edirəm

F-1.az xəbər verir ki, McLaren-in gənc britaniyalı pilotu Formula1-in yeni mövsümündə karyerasında ilk yarışını qazana biləcəyinə ümid etdiyini bildirib.

Lando Norris: “Əldə etdiyim bütün təcrübələri nəzərə alsaq, növbəti ilk yarışımda qalib gələ bilməliyəm. Lakin çətin ki, 2024 və ya 2025-ci ildən əvvəl çempion olmaq şansım olacaq. Bütün bu mövsümlərdə ən yaxşı formada çıxış etməliyəm. Ümumiyyətlə, çıxışlarımı həmişə tənqidi qiymətləndirmişəm, özümü və ya komandamı harada inkişaf etdirə biləcəyimi daim axtarıram.

Dinləməyi sevirəm, çünki nə qədər çox öyrənsəm, özüm üçün bir o qədər yaxşıdır. Mən mükəmməlçiyəm və həmişə qazanmaq üçün əlimdən gələni etməyə çalışıram və uduzmaqdan nifrət edirəm. Ancaq eyni zamanda, məğlubiyyətlər məni daha da yaxşı olmağa həvəsləndirir, məğlubiyyətin səbəblərini başa düşmək insanı inkişaf etdirir.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*