L.Norris: Maks və Lyuisə qarşı mübarizə apara bilərəm

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Maks Ferstappen və Lyuis Həmiltonla mübarizə apara bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü hələ də yarış qazanmasa da, ən güclü pilotlardan biri sayılır.

Lando Norris: “Düzünü desəm, komanda gözlədiyimizdən zəif inkişaf edir. Komandadakı dəyişikliklərin əsas səbəbi də budur. 2021-ci ildə hər şey yaxşı idi. İnkişaf etdik. Bu il isə gözləntilərdən geri qaldıq. Ümid etdiyimiz yerdən geridəyik.

Hazırda Maks Ferstappen və Lyuis Həmiltona qarşı yarışa bilsəydim, onları asanlıqla məğlub edəcəyimi deyə bilmərəm, amma onlara qarşı mübarizə aparıb, rəqib olardıq. İnanıram ki, gələn il bu ssenari reallaşacaq. 2025-ci il üçünsə inamım lap böyükdür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*