L.Norris: Günümdən razıyam

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, sıralanma turunda maksimum nəticə qazanıblar.

F-1.az xatırladır ki, britaniyalı pilot bugünkü yarışa səkkizinci yerdən başlayacaq.

Lando Norris: “Günümdən razıyam. Əsas rəqiblərimizi keçərək, yaxşı iş gördüm. Son sessiyada yaxşı dövrə vurdum və buna görə də iki Alpine sürücünü qabaqladım. Bu nəticə bizim üçün maksimumdur.

Güclü komandalardan çox geridə qalırıq. Bu trasda birinci döngəyə qədər uzun düzlük var və buna görə də startda çox şey baş verə bilər. Artıq yarışa köklənib, maksimum nəticə qazanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*