McLaren Rikkardonu almağa yaxın olub

McLaren komandasının rəhbəri Zek Braun bildirib ki, Daniel Rikkardo ilə müqavilə bağlmağa çox yaxın olublar.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Red Bull-dan ayrılaraq Renault komandasına keçib.

Zek Braun: “Danielin fanatıyıq. Bir neçə dəfə danışıqlar apardıq. Məncə, o çox yaxşı adamdır və əla sürücüdür. Onunla müqavilə bağlamağa yaxın idik? Məncə, bu sualın cavabını Daniel bilir. Daha güclü olsaydıq, bizə gələrdi. Ayrılmaq istəyirdi və McLaren, ya da Renault-ya keçməyə yaxın idi. O, bizim üçün vacib adamdır.

Rikkardonun keçidi planlarımıza təsir etmədi. Red Bull əla komanda olsa da, Fernandonun ağlında başqa şey var.

Karlos Sayns bizim planlarımızda yoxdur. Planlarımı özümə saxlayacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*