D.Rikkardo: “Əlimdən gələni edəcəm”

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, 2020-ci ildə ən yaxşı performansını göstərmək üçün əlindən gələni edəcək.

F-1.az xatırladır ki, avstraliyalı pilot Renault-da keçən il debüt etmiş və bəzən səhvlər etsə də, ümumilikdə yaxşı performans göstərmişdi.

Daniel Rikkardo: “Komanda ilə işləməyi səbirsizliklə gözləyirəm. İlk mövsümdən sonra hər şey daha asan olmalıdır. Ümid edirəm ki, Barselonadakı mövsümöncəsi testlərdə hər şey qaydasında olacaq. Yarış mühəndisimi tanıyıram. Hədəflərimi də bilirəm və buna görə də işləmək daha asan olacaq. Keçən il komandada çox şey öyrəndim. Komandadakı hər kəs yaxşı performans üçün əlindən gələni edir. Burada işləməkdən zövq alıram. Qışda çox işlədim. Məşqlərə vaxtından əvvəl başladım. Yeni mövsümə motivasiya ilə başlayıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*