E.Okon Renault ilə testlərə çıxacaq

Esteban Okon növbəti Əbu Dabi Qran Prisindən sonra keçiriləcək testlərdə Renault R.S.19-un sükanı arxasına keçəcək.

F-1.az xatırladır ki, Esteban Okon gələn ildən etibarən Niko Hülkenberqi əvəz edəcək. Fransalı sürücü Renault-la yayda müqavilə bağlamışdı. Lakin Estebanın “sarılar”ın heyətini nə vaxt qatılacağı naməlum idi.

Renault komandası bu gün verdiyi açıqlamada bildirib ki, Okon dekabrın 2-dən etibarən komandaya qoşulacaq. Bu o deməkdir ki, 23 yaşlı pilot dekabrın 3-ü və 4-də keçiriləcək Əbu Dabi testlərində iştirak edəcək. Testlərin ilk günündə Daniel Rikkardo, ikinci günüdə isə Okon trasa çıxacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*