Əbu Dabi-2016: Həftəsonuna ilkin hava proqnozu

Bu həftəsonu baş tutacaq Qran Pri üçün yerli meteoroloqlar ilkin hava proqnozunu elan ediblər – onlar isti hava şəraiti vəd edirlər.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günündən bazar gününə qədər səma buludsuz olacaq və mülayim külək əsəcək. Havanın temperaturu +28 dərəcəyə qədər yüksələcək. İkinci sərbəst yürüşlər, sıralanma turu və yarış gün batdıqdan sonra başa çatacaq – bu sessiyaların sonuna doğru temperatur bir qədər düşəcək.

Qeyd edək ki, keçən il Yas Marinada bütün sessiyalar quru havada baş tutmuşdu…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*