K.Horner: “Həmilton qeyri-adi hərəkət etmədi”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Həmiltonun son yarışda taktikadan istifadə edəcəyini bilirdi və Mercedes-in buna təəccübləndiyini anlamayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü çempion olmaq üçün yarışı qazanmalı və Rosberq isə yarışı ən yaxşı halda 4-cü yerdə bitirməli idi. Buna görə də Həmilton yarışın sonunda arxadakı sürücülər çatsın deyə Rosberqi ləngitmişdi.

Kristian Horner: “Mercedes Həmiltonun fərqi açaraq gedəcəyini düşünərək, sadəlöhvlük etdi. Əgər iki sürücünüzün də çempionluq şansları varsa və öndəki sürücüyə qələbə bəs etmirsə, orada qeyri-adi bir hadisə baş verməlidir.

Nikonu təbrik edirəm. Mükəmməl mövsüm keçirtdi. Çox stabil idi və səhv etmədi. Lyuis isə qaydalar çərçivəsində mübarizə etdi. Çünki o bilirdi ki, qazanmaq ona bəs etməyəcək.

Yarışı mümkün qədər ən aşağı sürətdə qazandı, amma Nikonun arxasında ciddi təhdid olmadığı üçün çempionluğu əldən verdi. Təmiz yarışdı və uduzdu. Amma mükəmməl performansa görə özü ilə fəxr edəcəyinə əminəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*