D.Rikkardo: Son yarışda əlimdən gələni edəcəyəm

Gələn mövsüm yarışmayacağı dəqiqləşən Daniel Rikkardo hələ ki, sonuncu sayıla biləcək yarışında maksmimum yaxşı nəticəyə köklənib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü San Paulu Qran Prisinin ilk dövrədin Kevin Maqnussenlə yaşadığı insidentə görə Əbu Dabi Qran Prisinin startında 3 yer itirəcək.

Daniel Rikkardo: “Mən Əbu Dabidəki yarışın başlamasını səbirsizliklə gözləyirəm və mövsümün bu son günlərində əlimdən gələni edəcəyəm. Düşünürəm ki, trasda maraqlı mübarizə olacaq, çünki yeni maşınların ötmə potensialı daha çoxdur. MCL36-nın sükanı arxasında son rəqsi etmək əla olacaq. Bütün diqqətimi mövsümü mümkün qədər yüksək səviyyədə başa vurmağa yönəltmişəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*