J.Vilnöv Rikkardonu dəstəkləyir

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Daniel Rikkardonun Renault-ya keçidi doğru addımdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Red Bull-dan ayrılaraq Renault komandasına keçib.

Jak Vilnöv: “Neçə aydır bunu deyirdim, amma heç kim inanmırdı. Hamı düşünürdü ki, Rikkardo Red Bull-da qalacaq. Amma danışıqlar nəticəsiz qaldı. Danielin Renault-ya getməsi əla oldu. Böyük resurları var. Gələn il Honda və Red Bull arasındakı tərəfdaşlıq yaxşı başlamayacaq. Bundan əlavə Red Bull artıq üstünlüyü Maks Ferstappenə verib. Ora artıq bir Hollandiya komandasıdır.

Red Bull-un digər sürücüsü ya Qasli, ya da Sayns olacaq. Böyük ehtimalla, ispaniyalı sürücünü seçəcəklər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*