N.Lauda: “Bottasın zəifləmə səbəbi bizik”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Bottas gələn il Həmiltona daha yaxın olacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü xüsusən də mövsümün ikinci yarısında komanda yoldaşı Həmiltonun tempinə cavab verə bilmir.

Niki Lauda: “Mövsümün əvvəlində bolid iki sürücü üçün də bərabər idi. Performansları da çox yaxın idi. Amma təkmilləşmə işlərindən sonra hər şey Lyuisin tərzinə görə oldu və Valtteri geridə qaldı. Buna görə də Bottasın performansının düşməsi normal idi. Bunun əsas günahkarı bizik. Gələn il bu problemi yaşamaq istəmirik. Gələn il ikisi üçün də əlverişli bir bolid hazırlayacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*