21 Avqust 2019, Çərşənbə - 14:14

L.Həmilton: “Mənə qarşı hörmətsizlik etdilər”

L.Həmilton: “Mənə qarşı hörmətsizlik etdilər”

Müəllif: Rauf Hacıyev, redaktor

12:06 - 19 Dekabr, 2016

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, komandası Əbu Dabi yarışından sonra ona hörmətsizlik edib…

F-1.az xatırladır ki, Britaniyalı mövsümün son yarışı Əbu Dabi QP-dən əvvəl komanda yoldaşı Niko Rosberqdən 12 xal geridə idi. Buna görə də Həmilton yarış ərzində sürətini azaldaraq Rosberqi ləngitmiş və Ferstappenlə Fettelin almaniyalıya yaxınlaşmasını təmin etmişdi.

Mercedes komandasından Toto Volff və Pəddi Lou yarış vaxtı Həmiltona “sürətlən” desələr də, 31 yaşlı sürücü “birinci yerdə getdiyim halda heç bir problem yoxdur” demişdi.

Yarışdan sonra Mercedes Motorsport-un rəhbəri Toto Volff Həmiltonu bu hərəkətlərinə görə tənqid etmiş və ona cəza verəcəklərini demişdi.

Lyuis Həmilton: “Yarış ərzində mənim üçün vəziyyət pis idi. Bütün bunlara baxmayaraq, bu cür açıqlamalar mənə qarşı hörmətsizlikdir. Komandada bu cür mübarizə olduğu vaxtda belə təlimat gözləmirdim. Hər şey mənim nəzarətimdə idi”.

Niko Rosberq isə sabiq komanda yoldaşının bu açıqlamalarına belə cavab verib: “Özünə qarşı hörmətsizlik hiss edib? Bu da təzə çıxıb. Nə bilim…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 340
Teqlər , , , , ,
Paylaş

logo