Həmiltona xəbərdarlıq edilib

Mercedes komandasının sürücüsü Lyuis Həmiltona trasa düzgün qayıtmadığı üçün xəbərdarlıq edilib.

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Meksika Qran Prisinin stüardları tərəfindən xəbərdarlıq alıb – britaniyalı sürücü bu gün birinci məşqlərdə ilk döngədə trasa düzgün qayıtmadığı üçün stüardların yanına çağırılmışdı. Stüardlar sürücünün izahatını aldıqdan, insidentin videoyazılarını araşdırdıqdan sonra sürücünü sadəcə xəbərdarlıq etməklə cəzalandırıblar.

Qeyd edək ki, mövsümün gedişində Lyuis ilk xəbərdarlığını alıb – daha iki belə xəbərdarlıq növbəti yarışın startında 10 yer itirməklə nəticələnəcək.

Sonda bildirək ki, Lyuislə birlikdə stüardlar analoji xətaya görə Alfa Romeo komandasının sürücüsü Kimi Rəykköneni də izahat verməyə çağırmışdılar – finlandiyalı sürücüyə də xəbərdarlıq elan olunub…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*