19 Oktyabr 2019, Şənbə - 01:07

E.Bulye: “Ötmələrin sayı artacaq”

E.Bulye: “Ötmələrin sayı artacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

06:23 - 10 May, 2016

McLaren komandasının idman direktoru Erik Bulye inanır ki, 2017-ci il qaydaları ötmələrin sayını artıracaq.

F-1.az xatırladır ki, 2017-ci ildən etibarən enli arxa təkərlər və yüksək asfalta yatma qüvvəsi hesabına bolidlərin sürətinin bir dövrədə 5 saniyə sürətlənməsi gözlənilir.

Hələ 2017-ci il qaydaları tam dəqiqləşməsə də, Həmilton və Rosberq düşünürlər ki, yüksək asfalta yatma qüvvəsi ötmələrin sayını azaldacaq. Williams komandasının texniki direktoru Pət Simonds və Mercedes Motorsport-un rəhbəri Toto Volff da yeni qaydaları dəstəkləmirlər.

Amma Erik Bulye yeni qaydaları dəstəkləyir: “Mən rəqiblərimizin açıqlamaları ilə razı deyiləm. Qaydalar təkərlərin daha çox  asfalta ilişməsi üçün hazırlanıb. Yəni ki, ötmələrin sayı azalmamalıdır.

Ön qanadın təsiri artıq daha az olacaq. Altlıq və diffuzor daha çox asfalta yatma qüvvəsi verəcək. Ötmələr artacaq. Bütün bunlar bolidlərin ötmə etməsini asanlaşdıracaq. Bəlkə ötmələrin nisbəti 5 faiz artar.

Fanlar bəlkə də aradakı fərqi hiss etməyəcəklər, amma sürücülər daha sürətli bolidlər sürəcəyi üçün çox xoşbəxt olacaqlar. Bunu dəstəkləyirik. Sürücülər daha yaxşı şou göstərəcəklər. Fanlar da xoşbəxt olacaqlar. Buna görə də düşünürəm ki, yeni qaydalar Formula1 üçün yaxşı olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 442
Teqlər , , , , , , ,
Paylaş

logo