K.Horner: “Ferstappen Həmiltondan güclüdür”

Red Bull komandasının rəhbəri Kristian Horner gənc Ferstappenin Həmiltondan güclü olduğunu düşünür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Avstriya yarışında Red Bull komandasına builki ilk qələbəni qazandırıb.

Kristian Horner: “İdeal formadadır. Hazırda dünyanın ən güclü sürücüsüdür. Bunu necə sübut edim? Hazırda ən güclü bolidi sürmür. Amma keçən ilin Kanada yarışından etibarən səhv etməyib. Lyuis hazırda təcrübəsi hesabına yarışır. Ən yaxşı maşındadır və sürətlidir. Maks isə idmana yeni-yeni gəlib.

Daniel zarafatcıldır və yaxşı oğlandır. Maks onunla komanda yoldaşı olarkən ikinci planda qalırdı. Ailənin kiçik övladı kimi idi. Daniel getdikdən sonra Maks əsas sürücü oldu və məsulliyəti öz üzərinə götürdü. Çox istəklidir. Keçən il Okonla qəzadan sonra bunu gördük. Açıqsözlüdür və düşündüyünü deyir. Bu pis haldır? Belə sürücüləri sevirəm. İdmanın onunkimi sürücülərə ehtiyacı var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*