D.Hill: Ferstappen bütün rekordları qıra bilər

1996-cı ilin dünya çempionu Deymon gənc niderlandlı sürücünün Mixael Schumacher və Lyuis Həmiltonun rekordlarını qıra biləcəyini düşünür...

F-1.az xatırladır ki, Maks hələ 25 yaşda olmasına baxmayaraq, artıq 37 qələbə qazanıb.

Deymon Hill: “Maks yarışçı istedadı ilə əsl yetkinlik nümayiş etdirir. O, nə vaxt hücum edəcəyini və maşını nə vaxt xilas edəcəyini bilir. Əlindən gələnin ən yaxşısını verməyə ehtiyac duymur və həmişə ehtiyatda bir şeyi var – lazım olduqda istifadə edir.

Heç bir məhdudiyyət yoxdur, o, səkkiz titul qazana bilər. Maks amansız yarışçıdır. Əksər insanlar bu keyfiyyəti mənfi, eqoistlərə xas olan keyfiyyət hesab edirlər, lakin bu, tək məqsədin qələbə olduğu idmanda tamamilə normaldır. Formula1-də hamını təəccübləndirmək və ya yaxşı oynamaq lazım deyil, əsas qələbə qazanmaqdır. Bu keyfiyyət ona kömək edəcək”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*