Onun komanda yoldaşı Lyuis Həmilton startda beşinci yerlə kifayət qədər razıdır, çünki özü səkkizinci yer ətrafında qalacağını düşünürdü.
Lyuis Həmilton: “Belə nəticə göstərə bildiyimə görə şadam, çünki bir məqamda səkkizinci yerdə idim və düşünürdüm ki, hər şey bununla bitəcək. Balansa inam hiss etmirdim və sıralanma turundan əvvəl sazlamaları tamamilə dəyişdik.
Əslində, maşınla yenidən tanış olmalı oldum, amma indi balansdan qat-qat daha çox razıyam. Təbii ki, hər şeyi anlamaq üçün cəmi altı dövrəm var idi, ona görə də tapşırıq çətin idi.
Qarşımızda Mercedes mühərrikli dörd maşın start alır və bilirik ki, onlarla müqayisədə bizə güc çatmır. Amma yenə də düşünürəm ki, yarış məsafəsində daha yaxşı görünməliyik.
Əlbəttə, startda beşinci yer arzu olunan hədd deyil, amma nəticə xeyli pis də ola bilərdi, buna görə razıyam. Yarış tempimiz pis deyil – sprintdə yaxşı sürət göstərdik. Nikbinəm və ümid edirəm ki, düzgün strategiya ilə önümüzdəki rəqiblərlə mübarizə apara bilərik”.





