25 Avqust 2019, Bazar - 11:34

Rəsmən: V.Bottas Mercedes AMG-də!

Rəsmən: V.Bottas Mercedes AMG-də!

Müəllif: Elçin Zodorov, redaktor

19:29 - 16 Yanvar, 2017

Mercedes AMG komandası hələ keçən ildən gəzən şayiələri təsdiq edib – Valtteri Bottas Lyuis Həmiltonun komanda yoldaşı olacaq.

F-1 xatırladır ki, Niko Rosberq gözlənilmədən karyerasını bitirmiş, çətin vəziyyətə düşmüş komanda onun üçün əvəzləyici axtarışına başlamışdı. İlk olaraq Niko Hülkeberq, Fernando Alonso və Paskal Verlyaynın adı Mercedes-lə hallansa da, sonradan onların Bottas ilə maraqlandığı bildirilmişdi.

Bu gün Verlyaynın Sauber-ə keçməsinin və Felipe Massanın Williams-a qayıtmasının rəsmən açıqlanmasından sonra bu xəbər gözlənilən idi.

Qeyd edək ki, Valtteri debütündən bəri ancaq Williams-da yarışmış, çıxdığı 77 yarışda 9 dəfə Podiuma yüksəlmişdi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 471
Teqlər , , , , , , ,
Paylaş

logo