L.Həmilton: Ötmə etmək asan deyil

Liberty Media-nın təşəbbüsü ilə 2021-ci ildə edilən köklü dəyişikliklərin əsas səbəbi aerodinamikanın maşınların bir-birilərini izləməsi və ötməsini asanlaşdırmağa kömək edəcək formada yenidən işlənməsi idi.

F-1.az xatırladır ki, bunun üçün hətta “qraund effekt” uzun müddətdən sonra geri qaytarılıb. Lakin bütün bunların müsbət təsiri gözləniləndən xeyli az olub.

Lyuis Həmilton: “Ötmə etmək əvvəlki nəsil maşınlara nisbətən bir az asanlaşıb, lakin onların dediyi qədər də deyil. Ümid edirəm ki, gələcəkdə qaydaların korreksiyası ilə daha çox şeyə nail olmaq mümkün olacaq.

Keçən il düzlüklərdə maşınların yırğalanması, rəqibin maşınının arxasındakı hava axınının burulğanlığı bizə çox mane oldu. İndi heç bir yırğalanma yoxdur, təqiblərlə bağlı problemlər daha azdır, lakin bu, onların ümumiyyətlə olmadığı mənasına gəlmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*