Maks Ferstappen Zandfortda ev yarışına hazırdır

Niderland Qran Prisi Maks Ferstappen üçün ev mərhələsidir. Zandfort trası yaxın gələcəkdə sonuncu dəfə Formula1 yarışına ev sahibliyi edir və dördqat dünya çempionu azarkeşlərini yaxşı nəticə ilə sevindirmək istəyir.

Maks Ferstappen: “Yay fasiləsində dincəlməyə və güc toplamağa vaxtımız oldu, indi isə Zandfortda yarış həftəsonunun başlanmasını səbirsizliklə gözləyirəm.

Bu mərhələ həm mənim, həm də azarkeşlər üçün xüsusi olacaq, çünki bu, Niderlandın son Qran Prisi olacaq. Zandfortla bağlı çox xoş xatirələrim var, son illərdə burada öz azarkeşlərimin önündə çıxış etmək imkanı isə mənim üçün böyük şərəf və karyeramın ən parlaq anlarından biri olub.

Bu həftə mən Niderlandın məşhur ağ-göy keramikası olan Delft Blue ənənəvi üslubunda hazırlanmış xüsusi dəbilqə ilə çıxış edəcəyəm. Bu, ənənəvi və gözəl naxışdır, son yarış üçün də əla seçimdir.

Dəbilqəmi illər boyu dəyişməz dəstəklərinə görə niderlandlı azarkeşlərə təşəkkür əlaməti olaraq həsr etmişəm. Ümid edirəm ki, bu həftəsonu onları yaxşı nəticə ilə sevindirə biləcəyik”.