Yos Ferstappen: Maks 10 ildən sonra da yarışacaq, amma F1-də olmayacaq

Formula1 yaxın aylarda Maks Ferstappenin hansı qərar verəcəyini gözləyir: o, Red Bull Racing-də qalacaq, başqa komandaya keçəcək, yoxsa, ümumiyyətlə, başqa işlə məşğul olacaq.

Dördqat dünya çempionu Formula1-in hansı texnoloji vector üzrə inkişaf etməsindən razı deyil və FİA prezidenti Muhəmməd ben Sulayem tərəfindən vəd edilən, yəni “normal” V8 yarış mühərriklərinə qayıdış kimi işıqlı gələcəyə qədər səbrinin çatacağı hələ də sual altındadır. Bununla belə, əgər mövsümün ikinci yarısında Red Bull Racing həm sürət, həm də etibarlılıq baxımından irəliləyiş göstərə və Maks yenidən qələbələr uğrunda mübarizə apara bilsə, onun əhvali-ruhiyyəsi şübhəsiz dəyişəcək.

O, dəfələrlə işarə edib ki, Fernando Alonso kimi yol tutmayacaq – Fernando Alonsonun artıq 45 yaşı var, lakin ispaniyalı sürücü Aston Martin-də karyerasını başa vurmağa tələsmir.

Maksın atası Yos Ferstappen fransız nəşri Auto Hebdo-ya müsahibəsində bunu təsdiqləyib: “Düşünmürəm ki, on ildən sonra Maks hələ də Formula1-də çıxış edəcək. Və ümid edirəm ki, o vaxta qədər Maks artıq 24 saatlıq Le Man marafonun da qazanacaq.

Bununla belə, indi bu o qədər də asan deyil, çünki komandaların imkanlarını bərabərləşdirmək üçün nəzərdə tutulmuş “Effektivlik balansı” (komandaların imkanlarını tarazlaşdırmaq üçün tədbirlər kompleksi) sayəsində dözümlülük dünya çempionatında rəqabət son dərəcə kəskinləşib. Görək nə olacaq, amma bunun onun üçün ciddi sınaq olacağı dəqiqdir. Mən əminəm ki, o yarışmağa davam edəcək, ancaq artıq Formula1-də olmayacaq.

İnsan kimi Maks əla insandır, möhtəşəm xasiyyəti var. O dürüstdür və ulduzlaşmır. Onda bir ata kimi yalnız arzulaya biləcəyim bütün keyfiyyətlər var və mən onunla həqiqətən fəxr edirəm.

Sürücü kimi o, bütün ağla gələn gözləntiləri aşdı və əgər düzgün texnika ona verilərsə, hələ çox titul qazana biləcəyinə inanıram, bunda heç bir şübhəm yoxdur”.

,