M.Ferstappen: Mateşiç mənim üçün çox şey etmişdi

Red Bull komandasının sürücüsü Maks Ferstappen Amerikada yaxşı yarış keçirməyi gözləyir.

F-1.az xatırladır ki, niderlandlı sürücü sıralanma turunda üçüncü olsa da, Leklerin cəriməsi ilə yarışa ikinci yerdən başlayacaq.

Sıralanma turundan əvvəl Red Bull şirkətinin qurucusu və sahiblərindən biri Dieter Mateşiç Dünyasını dəyişib.

Maks Ferstappen: “Hamımız üçün çətin xəbər idi. Red Bull və bu idman üçün çox önəmli adam idi. Mənim üçün yeri ayrı idi. Məmim karyeram üçün çox şey eləmişdi… Çox çətindir.

Sıralanma turunda əlimizdən gələnin ən yaxşısını etdik, amma poulu kiçik fərqlə əldən verdik. Bizi uzun yarış gözləyir. Yarışda Dieteri qürurlandırmağa çalışacağıq.

Bolidimiz əksər hallarda yarışda sıralanma turuna nisbətən güclü olur. Sıralanma turunda nəticəni kiçik fərqlər müəyyən edirdi. Təkərləri bir az yaxşı işlətsəydik, fərq yaradardıq. Yenə də yaxşı yarış gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*