L.Həmilton narazı qalıb

Mercedes komandasının sürücüsü Lyuis Həmilton pis hava şəraitindən narazı qalıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü dünən nahardan sonra trasa çıxıb və 25 dövrə vurub. Sonuncu Dünya Çempionu 1:22.327 zaman nəticəsi ilə 7-ci yeri tutub.

Lyuis Həmilton: “Üç aydan sonra bolidə qayıtmaq gözəl oldu. Lakin pis hava şəraitinə görə çox dövrə vura bilmədim. Nahardan sonra tras çox soyudu və təkərləri qızdıra bilmədim. Təkərlər işləmirdi. Buna görə də istədiyim hissi ala bilmədim. Vəziyyət pis olduğu üçün limitlərdə sürə bilmədim. Buna görə də bolid barədə heç nə deyə bilmərəm. Lakin ilkin hisslərim yaxşıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*