Kimi Antonelli startda üç yer itirəcək

Kimi Antonelli sıralanma turunun sonunda sarı bayraqlar zonasında sürətini kifayət qədər azaltmadığı üçün sabahkı yarışın startında üç yer geriləyəcək, bundan əlavə, onun superlisenziyasına bir cərimə balı yazılıb.

Öz hərəkətlərini izah edərkən Kimi bildirib ki, sarı bayraq və işıq panelini görən kimi əvvəlki dövgrəyə nisbətən sürətini azaldıb; bu, telemetriya məlumatları ilə təsdiqlənib. Lakin sürətin azalması çox qısa müddətə baş verdiyindən ümumilikdə hadisə yerindən keçərkən maşının sürəti, hətta əvvəlki dövrədən yüksək olub.

Adətən belə hallarda startda beş yer itirməklə cərimə tətbiq olunur, lakin stüardlar sürücünün sürəti həqiqətən də azaltmasını, hərçənd kifayət qədər olmamasını nəzərə alıblar. Bundan əlavə, sürücünün vəziyyətə reaksiya vermək üçün az vaxtı olduğu üçün daha yüngül cəza tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*