Yuki Tsunoda: Mənə zəng gələndə çimərlikdə idim

Yuki Tsunoda gözlənilmədən Formula1-ə qayıdıb və Racing Bulls komandasının heyətində Liamı əvəz edib. Louson isə öz növbəsində Red Bull Racing-də zədələnmiş Ayzek Həcəri əvəz edib. Zandforta danışan Yuki bildirib ki, yarışda çıxış etmək dəvəti barədə zəng ona Yunanıstanda çimərlikdə istirahət edərkən gəlib.

Yuki Tsunoda: “Əlbəttə, geri qayıtmaq çox gözəldir. Bu xəbəri mənə deyəndə Yunanıstanda idim, məşqləri istirahətlə birləşdirirdim. Zəng gələn anda sadəcə çimərlikdə uzanmışdım və həyatdan zövq alırdım.

Çərşənbə axşamı mənə zəng edib dedilər ki, ola bilsin, bu həftəsonu starta çıxım. Təbii ki, sevindim, amma, eyni zamanda, sonadək bunun həqiqətən baş verəcəyinə inanmırdım, çünki belə vəziyyətdə hələ çox şey dəyişə bilərdi.

Bir qədər sonra hər şey təsdiqləndi və bildim ki, doğrudan da bu həftəsonu yarışacağam. Buna görə çox şadam və fiziki cəhətdən özümü hazır hiss edirəm. Bu mövsüm artıq əvvəlki illərin maşınları ilə testlər keçirmişəm, amma bu maşını hələ sürməmişəm, ona görə də sükan arxasına keçəcəyim anı səbirsizliklə gözləyirəm.

Başa düşdüyüm qədərilə, hələlik söhbət yalnız bir həftəsonundan gedir, sonra isə hər şey Ayzekin bərpa tempindən asılı olacaq. Ümid edirəm, o, tez sağalar. Monzada növbəti mərhələdə nə olacağını bilmirəm.

Hazırda məqsədim sadəcə zövq almaqdır. Mən bu anı çoxdan gözləyirdim – mövsümün əvvəlindən yenidən sükan arxasına qayıtmağı və digər sürücülərlə mübarizə aparmağı çox istəyirdim. İndi sadəcə bu imkandan zövq almaq və əlbəttə ki, yüz faizimi vermək istəyirəm. Ümid edirəm ki, bu, yaxşı nəticə qazanmaq üçün kifayət edəcək”.