Tsunoda yenə cərimələnib

Ferrari komandasının sürücüsü Şarl Lekler və Red Bull-dan Serxio Peres heç bir cəza almayıblar.

 

F-1.az bildirir ki, Lekler, Çjou və Tsunoda pitə qayıdarkən çox yavaş getdikləri üçün stüardlar tərəfindən araşdırılmağa başlayıblar. Qaydalara görə pitə çox yavaş qayıtmaq olmaz.

Ferrari tərəfi poul qazanan Leklerin startda yer itirməsindən qorxurdu, amma FİA Lekler ilə danışıb, telemetriya məlumatlarını analiz etdikdən sonra gənc sürücüyə cəza verməyib. Eyni formada Çjou da cərimələnməyib, çünki hər iki sürücü də sürətli dövrədə olan rəqiblərinə mane olmamaq üçün yavaşlayıblar.

Ancaq Tsunoda araşdırıldıqdan sonra onun yavaşlamasında məntiqli səbəb tapılmayıb. Buna görə də xəbərdarlıq cəzası alıb. Bu, yaponiyalı sürücünün builki üçüncü xəbərdarlığıdır. O, daha iki xəbərdarlıq alsa, startda 10 yer itirməli olacaq.

Sarı bayraqlarda yavaşlamadığı iddia olunan Peresə də cəza verilməyib, çünki o həmin dövrədə əvvəlki dövrəyə nisbətən 70 metr daha tez qazı buraxıb və 50 metr daha tez əyləci basıb. Həmin döngəni isə həmişəkindən 14 km/saat daha az sürətlə dönüb.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*