Ş.Leklerin motoru yararsız hala gəlib

Ferrari komandası Şarl Leklerin mühərriyinin sıradan çıxdığını bildirib.

F-1.az xatırladır ki, Macarıstan yarışının startında Ləns Stroll monakolu rəqibinə arxadan çırpılıb. Kanadalı sürücü bu insidentə görə növbəti Belçika yarışının startında 5 yer itirəcək.

Ferrari komandasının verdiyi açıqlamaya görə motoru təhlil ediblər və məlum olub ki, onu təmir etmək mümkünsüzdür. Bu, Ferrari üçün heç də yaxşı hal deyil. Çünki əlavə mühərrik büdcə limiti olan vaxtda Ferrari-yə əlavə problemlər yaradacaq və mövsümün sonuna 12 yarış qaldığı üçün monakolu pilot məcburən 4-cü mühərriyə keçəcək. Buna görə də startda yer itirmə cəzası alacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*