Şarl Lekler: “Əlbəttə, mən pouldan start almağa üstünlük verərdim, amma yenə də razıyam, çünki bu gün bu il ərzində ən yaxşı, bəlkə də ümumiyyətlə ən yaxşı sıralanma dövrələrimdən birini vurdum. Bu da göstərir ki, biz düzgün istiqamətdə irəliləyirik, o cümlədən maşından aldığım hisslər baxımından.
Bunun hər zaman belə olacağı qəti deyil, amma biz açıq şəkildə doğru istiqamətdə addımlar atırıq – mövsümün ikinci yarısına da məhz belə başlamaq istəyirdik. Yaxşı cəhd oldu, sadəcə, təəssüf ki, poul üçün bir qədər çatmadı. Bununla belə, biz mübarizədəyik.
Səhərdən etibarən özümü maşında rahat hiss edirdim, amma yarış tempində daha çox çətinlik ola bilər. Səhər trasda şərait asan deyildi, ona görə də gəlin sprinti gözləyək. Amma hələlik həftəsonunun başlanğıcı ümidverici görünür”.





