Ş.Lekler: Dövrəmdən çox razıyam

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, atdığı dövrələrdən çox razıdır.

F-1.az xatırladır ki, monakolu sürücü Ayfel yarışında olduğu kimi Portuqaliyadakı yarışa da 4-cü yerdən başlayacaq.

Şarl Lekler: “Son sessiyada küləyin çoxalmasını nəzərə alsaq, ikinci dövrəmdən çox razıyam. Son sektor çox təhlükəli idi, ancaq yaxşı nəticə göstərə bildim. Dövrəmdən çox razıyam, amma daha yaxşısı mümkün idi.

Ümid edirəm ki, çirkli tərəf pis olmaz. Həm də Medium təkərlərlə başlayacağıq və bizə çətin olacaq. Görək nə olur. İnanıram ki, hər şey yaxşı olacaq. Ən çətin an start olacaq.

Ayfel yarışında təkər tez yeyilirdi. Hava çox soyuq idi, amma Portuqaliyada vəziyyət fərqli olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*