Mercedes AMG start problemini həll etməyə çalışır

Mercedes AMG komandası startdakı ilişmə muftası probleminə görə Daimler şirkətindən kömək istəyib...

F-1.az xatırladır ki, Mercedes AMG komandasının sürücüləri həm Avstraliyada, həm də Bəhreyndə sıralanma turunda birinci cərgəni tutsalar da, startlarda problem yaşayıblar.

Avstraliyada komandanın hər iki sürücüsünü Ferrari sürücüləri qabaqlamışdı, Bəhreyndə isə Həmiltonun pis startı Valtteri Bottasla insidentə səbəb olub.

Mercedes Motorsport-un başçısı Toto Volff bildirib ki, onlar ilişmə muftasında problem yaşayırlar və eyni zamanda, bu problemin üzərində işləyirlər: “Biz düşünürük ki, elektronik problemdən başqa strukturda da səhv var.

İki yarış arasında bu problemi həll edə bilmədik, amma işləməyə davam edirik.

İlişmə muftasının istifadəsi, kalibrləmə və sürücülərin istifadəsi yaxşı vəziyyətə gətirilməlidir.

Daimler ilə bir yerdə düzəldəcəyimiz detal bir az vaxtımızı aparacaq, amma bunun necə effekt verəcəyini bilmirik”.

Mercedes AMG-nin pis start alması iki pilota fərqli-fərqli problemlər yaşadır.

Səbəbi bilinməsə də, bu il Lyuis Həmilton startlarda komanda yoldaşından zəif olub.

Volff bildirib ki, bu hal təsadüfidir. Bunun heç bir səbəbi yoxdur: “Məncə, bu bir az təsadüfidir.

Nikonun Bəhreyndəki isinmə dövrəsindəki startına baxaq. O əvvəlcə səhvən ikinci ötürməyə keçdi, daha sonra isə mühərriyi sönməyə qoymayan sistem işə düşdü. Belə halların baş verməsi labüddür. Onsuz da qaydaların dəyişmə səbəbi də bu idi.

İki start da bərbad idi. Ona görə də problemin kökünü tapmamış bir şey demək istəmirəm”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*