L.Həmilton: “Qələbələr bəxt hesabına qazanılmır”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton qazandığı çempionluqların təsadüfi olmadığını deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2018-ci ildə 5-ci dəfə Dünya Çempionu olub. 34 yaşlı sürücü 2014-cü ildən bəri keçirilən 100 yarışda 51 qələbə qazanıb.

Ferrari isə Fettellə son iki ildə çempionluq uğrunda mübarizə aparsa da, sonda ikinciliklə barışmalı olub.

Lyuis Həmilton: “Keçmişdə nə etdiyinizin önəmi yoxdur. Sebastyan gördüyümüz işin çətinliyinin fərqindədir. O bilir ki, qələbələr bəxt hesabına qazanılmır. Keçmişdə 4 dəfə çempion oldu və bu, bəxt hesabına olmamışdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*