L.Həmilton: Bottasa çatmaq mümkünsüz idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, təkərləri qızdırmaq çox çətin olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü son cəhdində iki dövrə vuraraq, poul alıb.

Lyuis Həmilton: “Bu gün çox çətin idi. Bolidimiz yaxşıdır, amma yaxşı nəticə üçün maksimum işləməlisiniz. Valtteri bu həftəsonu çox sürətli idi. Bütün sessiyaları zirvədə bitirdi. Buna görə də daha çox işləməli oldum.

Sonda onu məğlub etmək üçün son cəhdimdə 3 dövrə vurmağa qərara aldım. O isə bir dövrə vuracaqdı. Buna görə də fərqli yola əl atdım. Komanda bizimlə yaxşı əlaqə qurduğu üçün taktika alındı. Soft ya da Medium təkərlə trasa çıxa bilərdik. Amma o, bir dövrə, mən 3 dövrə atmağı seçdik. Vaxtım var idi. Trasa tez çıxdım və əla oldu.

Bu həftəsonu təkərlər çox sərtdir. Ən sərt təkərlər gətirilib və onları işlətmək çətindir. Buna görə də əlavə bir dövrə vurdum və işə yaradı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*