T.Volff: “Həmilton fərqli liqadadır”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmilton hazırda fərqli liqada yarışır.

F-1.az xatırladır ki, Həmilton bu gün keçirilən hər iki sessiyada 1-ci olub və ən yaxın rəqibini 0.5 saniyə qabaqlayıb.

Toto Volff: “Lyuis ilk sessiyalarda göstərdi ki, fərqli səviyyədədir. Sıralanma və yarış tempi çox güclü idi. UltraSoft təkərlərinin etibarlılığını yoxlamaq istədi və onlarla 15-16 dövrə vurdu. Bu da onu göstərir ki, təkərləri daha yaxşı istifadə edir. Təbii ki, cümə günü sürətli olmaq yarışı qazanmaq demək deyil. Hələ görüləcək işlər çoxdur. Ümid edirəm ki, bu performansı davam etdirərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*