T.Volff: “Həmilton başqa liqada çıxış edir”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmilton Çində mükəmməl yarışıb və layiq olduğu qələbəni qazanıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün ikinci yarışı Çində qalib gələrək sürücülər çempionatında liderliyə şərik olub.

Toto Volff: “Lyuis yarışda qüsursuz idi. Bu cür şəraitdə onun kimi gözəl performans göstərən az sürücü var və mən komandamda həmişə Lyuisi görmək istəyərəm. Yarışı çox rahatlıqla qazandı və arxasındakılara fikir vermədi.

Yeni reqlamentə daha tez uyğunlaşan komanda qalib olacaq. Hələki yaxşı gedirik. Hazırda çempionat stolüstü tennis oyunu kimi keçəcək. Bəzi traslarda biz sürətli olacağıq, bəzilərində isə Ferrari. Ümid edirəm ki, mövsümün sonunda ən çox xalı biz toplayarıq və ardıcıl 4-cü çempionluğumuzu qazanarıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*