11 Dekabr 2018, Çərşənbə axşamı - 17:29

S.Fettel: “Hər şey bizim xeyrimizə dəyişəcək”

S.Fettel: “Hər şey bizim xeyrimizə dəyişəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

18:09 - 30 Aprel, 2016

Ferrari-nin almaniyalı sürücüsü Sebastyan Fettel bildirib ki, növbəti yarışlarda Mercedes-i qabaqlaya bilərlər.

F-1.az xatırladır ki, Mercedes AMG komandasından Niko Rosberq Rusiyada poulu çox asanlıqla qazanıb. Bu almanların son 42 yarışdakı 40-cı poulu olub.

Sebastyan Fettel sıralanma turunda liderə 0.7 saniyə uduzaraq ikinci olub. Bundan başqa Fettel ötürmələr qutusunu dəyişdirdiyi üçün yarışın startında 5 yer itirəcək.

Kimi Rəykkönen isə sıralanma turunda 4-cü olub və o Rosberqdən 1.2 saniyə geridə qalıb.

Sebastyan Fettel sıralanma turundan sonra vəziyyəti öz xeyirlərinə dəyişdirə biləcəklərini deyib: “Hələ 3 yarış geridə qalıb. İndiyə qədər heç bir şey istədiyimiz kimi getmədi. Mövsümün ilk yarışında işlər bizim istədiyimiz kimi getsəydi, qazana bilərdik.

Ümumilikdə pis vəziyyətdə deyilik. Bazar günü sürətli olsaq, çoxlu xal ala bilərik.

Çox işləyirik və bu heç də asan deyil. Mercedes əla iş gördü. Bura ibtidai sinif deyil. Bura böyüklərin yarışdığı və mübarizə apardığı yerdir. Buna görə də çətindir.

Ən yaxşı olmaq istəyirik və buna görə də mübarizə aparmalıyıq. Hələ də bəzi şeyləri dəyişdirə bilərik”.

Sebastyan Fettel bildirib ki, yarışa 7-ci yerdən başlasa da, onun hədəfi podiuma çıxmaqdır: “Sıralanma turunda ən sürətli ikinci bolid bizdədir və bu bizim olduğumuz yeri göstərir. Cəzaya görə bir az geridən başlayacayıq.

Digər komandalardan daha sürətliyik və hələki şansımız var. Amma bu elə də asan olmayacaq. Sabah görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 399
Teqlər , , , ,
Paylaş

logo