P.Lou: “Mercedes ən yaxşı mövsümünü keçirdir”

Mercedes komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Mercedes komandası tarixinin ən yaxşı mövsümünü keçirir və Həmiltonla Rosberq işlərini peşəkarcasına görürlər.

F-1.az xatırladır ki, Rosberq və Həmilton son yarışdan əvvəl çempionluq mübarizəsi aparırlar. Almaniyalı sürücü Əbu Dabidə podiuma çıxacağı halda, karyerasının ilk çempionluğunu əldə edəcək.

Pəddi Lou: “Formula1 mükəmməl idman növüdür və ən yaxşı mövsümlər çempionun son yarışda məlum olduğu mövsümlərdir. Biz bunu bacardıq. Hər iki sürücümüz də çempionluğa layiqdir. Görək nə olur.

Lyuis son yarışlarda çox işləyir. Stabil və intizamlıdır. Buna görə də mükəmməl performans göstərir. Həmişə birinci ola bilir. O, Formula1 tarixinin ən yaxşı sürücülərindəndir. İşinə fokuslandığı zaman onu məğlub etmək çətin olur. Görək Əbu Dabidə nə olur. Hər şey orada dəqiqləşəcək.

Amma sürücülərimin üzərində təzyiq çox olsa da, psixoloji cəhətdən çox güclüdürlər. Komandada da münasibətlər çox yaxşıdır. Son yarışdan əvvəl bundan yaxşısını istəyə bilmərik”.

Pəddi Lou bildirib ki, son yarış ərəfəsində narahat deyil: “Sözün açığı, çox da narahat deyiləm, çünki komanda etibarlılıq cəhətdən əla işlər görür. Bəzən problem yaşamaq ehtimalımız olur və bu, başımıza gəlib. Amma hazırda etibarlılıq cəhətdən ən yaxşı vəziyyətdəyik. Əbu Dabidə problem yaşana bilər və bu, bizim üçün gözlənilməz hal olar. Oraya gedib işimizi görəcəyik. Hər iki sürücümüzün də çempion olmaq şansları bərabərdir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*