L.di Montedzemolo sevinclidir

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo köhnə komandasını yenidən zirvədə gördüyü üçün sevinclidir.

F-1.az xatırladır ki, “qırmızılar” ilk 3 yarışda inamlı təsir bağışlayıblar və hazırda hər iki çempionatda da liderdilər.

Luka di Montedzemolo: “Uzun müddətdən sonra yenidən güclü Ferrari görmək gözəl oldu. Buna görə başda Binotto olmaqla bütün komandanı təbrik edirəm. Şarl Lekler göstərdiyi performansla yüksək səviyyəli sürücü olduğunu göstərdi. Təbii ki, mövsümün sonuna hələ çox var və rəqiblər də yerlərində saymayacaqlar. Yenə də əla başlanğıcdır. Sükanı belə saxlamaq lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*