R.Braun: “Şumaxerin vəziyyəti ümidvericidir”

Ross Braun bildirib ki, Şumaxerin vəziyyəti ümidvericidir...

F-1.az xatırladır ki, Mixael Şumaxer 2013-cü ilin sonunda dağ kurortunda xizəklə sürüşərkən yıxılmış və uzun müddət komada qalmışdı. Almaniyalı sürücü daha sonra Cenevrədəki evində reabilitasiyaya başlasa da, son vəziyyəti ilə bağlı açıqlama yoxdur.

Ailəsi Şumaxerin sağlıq vəziyyətini gizli tutur. Vəkili isə əfsanəvi sürücünün gəzdiyi ilə bağlı xəbərləri təkzib edib.

Şumxerə yaxın olan Ross Braun almaniyalının vəziyyətinin ümidverici olduğunu bildirib: “Ailəsi Şumaxerin müalicəsini gizli tutmaq istədi və mən də bu qərara hörmət edirəm. Vəziyyəti ümidvericidir. Onun üçün hər gün dua edirəm. Bundan artığını desəm, ailəsinin sirrini açmış olaram.

Əgər daha artığını bilmək istəyirsinizsə, deyə bilərəm ki, Mixaelin vəziyyəti barədə çoxlu şayiələr gəzir. Bu şayiələrin çoxu yalandır. Ümid edirəm ki, bir gün sağalar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*