R.Braun: “Ferrari sakit olmalıdır”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Ferrari bu sakitliyini qoruya bilsə, çempion ola bilərlər.

F-1.az xatırladır ki, Fettel keçən il çoxlu səhvlər edərək, çempionluğu əldən vermişdi. Lakin Braun düşünür ki, almaniyalı sürücü çempion olmaq üçün hər şeyə sahibdir: “Hazırda orada sakitlikdir və buna görə də şansları var. Komanda keçən il alt-üst olmuşdu. Asan deyil. Həmilton və Mercedes-i məğlub etmək üçün yüksək səviyyədə çıxış etməlisiniz. Markionnenin də ölümü onlara mənfi təsir etmişdi. Böyük ehtimalla bu il daha güclü olacaqlar.

Mercedes zəif görünsə də, mövsüm ərzində yenidən güclənəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*