Ş.Lekler: Binotto həmişə mənə inandı

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Mattia Binotto ona həmişə inanıb.

F-1.az xatırladır ki, Binotto komanda rəhbəri vəzifəsindən istefa verib və onu kimin əvəzləyəcəyi məlum deyil.

Şarl Lekler: “Mattia mənə zəng vurub dedi ki, vəzifəsindən gedəcək. Qərarına hörmət edirəm və ona təşəkkür edirəm. Mənə əvvəldən inandı və çoxillik müqavilə təklif etdi. Rəhbər olmamışdan əvvəl də uzun illər Ferrari-də işləmişdi. Komandanın uğurlarında həmişə qatqısı olub. Ona uğurlar arzu edirəm. İndi isə biz gələn mövsümə fokuslanmalıyıq”.

, ,