Ş.Lekler: Yüksəlmək çətin olacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, yarışda yüksəlmək çətin olacaq.

F-1.az xatırladır ki, monakolu sürücü yeni motora keçdiyi üçün Rusiya yarışına 19-cu yerdən başlayacaq. Buna baxmayaraq Lekler birinci sessiyada trasa çıxaraq, bir neçə dövrə vurub və ikinci sessiyaya çıxıb.

Şarl Lekler: “Dörd-beş dövrə vurub, rəqavətədavamlı olduğumuzu görüb sonra boksa girmək əsəbpozucudur. Lakin həyat davam edir. Bu qərarı əvvəldən almışdıq və doğru addım atdıq. İndi isə yarışa fokuslanmalıyıq.

Yeno motor yaxşı işləyir. Hər şey gözlədiyimiz kimidir. Bunu görmək gözəl oldu. Hər şey hələki yaxşı gedir. Buna görə sevincliyəm. Sabah bizi çətin yarış gözləyir. Əgər tempiniz elə yüksək deyilsə, orta qrupu keçmək çətin olur. Maks bizdən geridə başlayacaq. Məqsədim onunla daha çox mübarizə aparmaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*