M.Binotto sürücülərindən razıdır

Ferrari komandasının rəhbəri Mattia Binotto gənc sürücüləri Leklerlə Saynsa təriflər yağdırıb.

F-1.az xatırladır ki, Ferrari bu il iki yarışda da tam heyətlə podiumda olub və bunu bacaran yeganə komandadır.

Mattia Binotto: “Onlar həm yaxşı, həm də ağıllı sürürlər. Bizim üçün əsas odur ki, hər yarışı bitirək və çox xal toplayaq. Bunu da bacardıq. Mövsümün əvvəlində podium uğrunda mübarizə apardığımız üçün sevincliyik. Lakin əsl sıralanmanı görmək üçün dörd-beş yarışa ehtiyacımız var.

İndi isə tamamilə fərqli Melburna yola düşürük. Ondan sonra isə bolidimiz üçün uyğun İmolaya gedəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*