J.Vilnöv: Ferrari yeni Mercedes-dir

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Ferrari artıq yeni Mercedes-dir.

F-1.az xatırladır ki, “qırmızılar” ilk 3 yarışda inamlı təsir bağışlayaraq, iki qələbə qazanıblar və hazırda hər iki çempionatda da liderdirlər.

Jak Vilnöv: “Red Bull hazırda çox məyusdur. Bolid sürətli olsa da, sürmək çətindir. Ferrari-yə qarşı mübarizə aparmaq üçün Maks və Serxio əllərindən gələni etməlidirlər.

Ferrari sürətlidir və bolidi daha rahat sazlamaq olur. Bu, Red Bull üçün də çətin haldır, çünki Mercedes-lə mübarizə aparmağa öyrəşmişdilər və artıq çempiondurlar. Bu da onların üzərindəki təzyiqi artırır. Həm Sürücülər, həm də Mühəndislər Çempionatında çox geri qalırlar. Mübarizəni vaxtından əvvəl dayandırmaq onlara baha başa gəlir.

Digər tərəfdə isə Lekler qələbələr qazanaraq, çempionatı birinci yerdə aparır. Təbii ki, həl sona 20 yarış var, amma komanda yoldaşı geridədir və əsas rəqibi Ferstappenə böyük xal fərqi ilə üstünlük qazanıb. İtalyanlar məndən tez-tez soruşurlar ki, bu il qələbə ilidir? Tiffozi uğura inanmır. Həmişə düşünürlər ki, işlər tərsinə dönəcək. Alonso və Fettel dövründən sonra belə düşünmələri başa düşüləndir. Ancaq Ferrari artıq çox sürətlidir. Artıq yeni Mercedes-dirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*