S.Peres: Hədəfimiz yaxşı nəticə qazanmaqdır

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Belçikadakı hədəfi ən yaxşı nəticəni əldə etməkdir.

F-1.az xatırladır ki, Serxio Peres Macarıstan yarışına 9-cu yerdə başlasa da, 3-cü olmuşdu.

Növbədə Belçika yarışıdır. Çeko keçən il Spada ikinci olub. Bu il isə qalib gəlib, Ferstappenlə 110 xallıq fərqi əritmək istəyir.

Serxio Peres: “Komandanın Macarıstanda qazanması yaxşı oldu. Ardıcıl 12-ci qələbəni qazandıq və bu tarixi anın bir parçası olduğum üçün sevinirəm. Komandanın və ortaq uğurların bir parçası olmaqdan qürur duyuram. Keçən həftəsonu hamı inanılmaz iş gördü. Maksimum güc işlətdilər və bu əziyyətimizin qarşılığını aldıq.

İndi növbədə Belçika var. Həftəsonunun əvvəlindən yaxşı olmalı və temp tutmalıyıq. Hava işimizi çətinləşdirə bilər, amma Spada vəziyyət əksər hallarda belə olur. Bundan başqa sprint formatında daha 1 sərbəst yürüşümüz olacaq. Buna görə də diqqətli olmalıyıq.

Həmişəki kimi əlimdən gələni edəcəm və ən yaxşı nəticəni qazanmağa çalışacağam”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*