S.Peres: Ən yaxşı formamdayam

Red Bull komandasının sürücüsü Serxio Peres 2023-cü ildə Çempionluq uğrunda mübarizə aparmaq istəyir.

F-1.az xatırladır ki, meksikalı sürücü keçən mövsüm iki qələbə qazanmış və çempionatı üçüncü yerdə bağlamışdı.

Serxio Peres: “Davamlı olaraq öz üzərimdə işləyirəm. Keçən mövsümün əvvəlində boliddən razı idim. Daha sonra isə bu hiss itməyə başladı.

Formula1 sürücüləri davamlı olaraq çətinliklərlə mübarizə aparırlar. Mən isə hazırda ən yaxşı formamdayam. Bundan faydalanmaq və bu mövsümə yaxşı başlamaq istəyirəm.

2022-ci ilon əvvəlində bir neçə dəfə dözümsüzlük problemləri yaşadıq, amma mövsüm mənim üçün yaxşı başlamışdı, çünki çempionluğa oynayırdım. Sonra pis yarışlar keçirdim və rəqiblərimdən geri qaldım. Bunun təkrarlanmaması üçün çox işlədik.

Əgər bu il də bolidimiz keçənilki qədər güclü olsa, çempionluq uğrunda mübarizə apara bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*