M.Ferstappen: Macarıstana fokuslanmışam

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Macarıstanda qalib gəlmək üçün əlindən gələni edəcək.

F-1.az xatırladır ki, hollandiyalı sürücü son yarış olan Britaniyada rəqibi Həmiltonla təmas yaşamış və mübarizəni dayandırmışdı. Ferstappen bu qəzadan sonra xəstəxanaya aparılmışdı və gecəyə kimi orada qaldıqdan sonra evinə buraxılmışdı.

Maks Ferstappen: “Son yarışın nəticəsinə baxsaq, Macarıstanda yarışacağım üçün sevinirəm. Bir az sarsılsam da, bu cür zərbədən sonra belə olması labüddür. İdman edirəm və özümü yaxşı hiss edirəm. Bu həftə 24 saatlıq simulyator yarışında iştirak etdim və bədənim üçün yaxşı idman oldu. Özümü yaxşı hiss elədim. Yarışa qayıtmaq üçün hazıram.

Mətbuatda yazılanlarla bağlı heç nə deməyəcəm. Polemikaya girmək istəmirəm. Silverstounda nə baş verdiyini bilirəm və qəza vaxtı nə olduğu ilə bağlı öz hisslərim var. Hazırda Macarıstan yarışına fokuslanmışam. Belə edərək, çempionatdakı yerimizi qoruya bilərik. Qəzadan sonra hər şeylə komanda maraqlanır. Mənim işim trasda əlimdən gələni etməkdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*