Ferstappenin hədəfi podiumdur

Red Bull komandasının sürücüsü Maks Ferstappen bu həftə keçiriləcək Kanada QP-də hədəfinin podium olduğunu bildirib.

F-1.az xatırladır ki, Ferstappen Renault-nun yeni mühərriyini ilk dəfə Kanadada istifadə edəcək. Renault motorçuları Red Bull üçün Monakoya bir ədəd mühərrik gətirmişdilər və yeni mühərrikdən Daniel Rikkardo istifadə etmişdi.

Hollandiyalı sürücü bildirib ki, yeni mühərrik ilə podiuma çıxmağı hədəfləyir: “Bura xüsusi trasdır, çünki burada yavaş döngələr və uzun düzlüklər var. Buna görə də bolidi elə sazlamalıyıq ki, balansı düz tapaq. Son şikanadakı əylənmə nöqtəsini çox sevirəm. Burada bizi izləyən azarkeşləri görə bilirəm. Bu trasda divarlara yaxın olmalıyıq və buna görə də burada yarışmaq mənim üçün xüsusi haldır. Ümid edirəm ki, yeni mühərriklə yaxşı performans göstərərəm. Hədəfimiz podiuma çıxmaqdır”.

Xatırladaq ki, Ferstappen Monakoda həm sıralanma turunda, həm də yarışda bolidini divara çırpmışdı…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*