K.Horner: Ferstappen ən istedadlı sürücüdür

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Mask Ferstappen indiyə kimi sahib olduqları ən istedadlı sürücüdür.

F-1.az xatırladır ki, Red Bull komandası 2005-ci ildə idmanda debüt edib və indiyə kimi burada 12 sürücü yarışıb. Bu müddətdə Sebastyan Fettel 4, Maks Ferstappen isə 2 dəfə Dünya Çempionu titulunu qazanıb.

Lakin komandanın rəhbəri Horner düşünür ki, işlədiyi 12 sürücü arasında ən güclüsü Maks Ferstappendir: “2015-ci ilin Belçika yarışında Felipe Nasrı xarici trayektoriyadan keçməsi diqqətimi cəlb etmişdi. O vaxt düşündüm ki, bu uşaq cəsarətli, qərarlı və sürətlidir. O vaxt bir ulduz tək parıldayırdı. Əsl istedad olduğu məlum olmuşdu.

Daha sonra çıxdığı ilk yarışda qalib gəldi. Əvvəl belə şey görməmişdim. O gün gördüyüm şey çox xüsusi idi. Həmişə maksimumu əldə etməyə çalışır və bu əladır. Maks komandamızda yarışan ən istedadlı sürücüdür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*