Horner Alonso və Saynsla müqaviləni müzakirə edib

Kristian Hornerin Red Bull-dan uzaqlaşdırılmasından sonra nə qədər çox vaxt keçibsə, mətbuatla söhbətlərində bir o qədər maraqlı hekayələri xatırlayıb.

Keçmiş Red Bull komanda rəhbəri öz avtobioqrafiyasında Fernando Alonso və Karlos Saynsın niyə komandaya qoşulmadığından danışıb…

Kristian Horner: “Serxio Peres əvvəlki kimi çıxış etmirdi və mən ona əvəzləyici axtarmaq qərarına gəlmişdim. 2024-cü ildə Yaponiya Qran Prisi zamanı [artıq Aston Martin-də çıxış edərkən] Fernando mənə dedi ki, növbəti mövsümdə Maksla bir komandada çıxış etmək istəyir. Amma müqavilə baş tutmadı. Helmut Marko buna Maksın özü ilə yox, onun ətrafı ilə bağlı səbəblərə görə qarşı çıxdı.

Daha sonra mən Leklerin müqaviləsi ilə bağlı Nikol Todtla danışmışdım. Düşünürdüm ki, o, bizə ideal uyğun gələr. Amma çox keçmədən Helmut mənə dedi ki, Şarl məsələsini də yadımdan çıxarım. Fernandoda olduğu kimi, burada da heç nə alınmadı.

2025-ci ildə Böyük Britaniya Qran Prisindən əvvəl Karlos Sayns evimə gəlmişdi. O, 2026-cı ildə Red Bull-a mümkün keçidi müzakirə etmək üçün gəlmişdi. Karlos çox təcrübəli sürücü, əsl komanda oyunçusu idi və mən bilirdim ki, komanda üçün əlindən gələni edəcək. Biz artıq detalları müzakirə edirdik, amma beş gün sonra məni işdən çıxardılar”.

, , ,